Makron: İsrailin Livandan çıxışı möhkəm atəşkəslə paralel aparılmalıdır


Fransa prezidenti Emmanuel Makron İsrailin Livan ərazisindən çıxması prosesinin “möhkəm atəşkəs”in yaradılması ilə eyni vaxtda başlamalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində paylaşım edərək Livan prezidenti Cozef Aun, baş nazir Nəvaf Salam və parlament sədri Nəbih Berri ilə telefon danışıqları apardığını qeyd edib.

Onun sözlərinə görə, Fransa Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına sadiqdir və İsrailin Livandan çıxarılması ilə bölgədə davamlı atəşkəsin təmin olunması paralel şəkildə həyata keçirilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ