İtaliya, Böyük Britaniya və Yaponiyanın birgə həyata keçirdiyi Qlobal Döyüş Hava Proqramına (GCAP) gələcəkdə yeni tərəfdaşların cəlb oluna biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, layihə çərçivəsində yeni nəsil qırıcı təyyarənin 2035-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, proqramın digər ölkələr üçün açıq olması həm əməkdaşlığı genişləndirəcək, həm də layihənin maliyyə yükünün daha çox tərəfdaş arasında bölüşdürülməsinə şərait yaradacaq.
GCAP çərçivəsində yaradılan birgə müəssisədə Böyük Britaniyanın BAE Systems, İtaliyanın Leonardo və Yaponiyanın Mitsubishi Heavy Industries şirkətləri iştirak edir. Layihənin məqsədi yeni nəsil döyüş təyyarəsinin hazırlanması və istehsalıdır.
Krosettonun sözlərinə görə, hazırda proqrama ən böyük maraq göstərən ölkə müşahidəçi statusunda olan Kanadadır. Nazir əlavə edib ki, Almaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrin də qoşulmasına müsbət yanaşırlar. Onun fikrincə, tərəfdaşların sayının artması istehsal xərclərinin azalmasına və layihənin daha səmərəli həyata keçirilməsinə imkan verəcək.
Aytən Yaşar/ Turkustan.az