Katz: ABŞ tələb etsə belə, Cənubi Livandan çəkilməyəcəyik


İsrailin müdafiə naziri Yisrael Katz İsrail ordusunun Suriyanın cənubunda və Livanın cənubunda nəzarət etdiyi ərazilərdə qalacağını bildirib.

Turkustan.az xəbər verir ki, “Times of Israel” qəzetinin məlumatına görə, Katz bu açıqlamanı Təl-Əvivdə keçirilən tədbirdə verib.

Nazir qeyd edib ki, İsrail ordusu həm Suriyanın cənubunda, həm də Livanın cənubunda mövcud mövqelərini qoruyacaq və geri çəkilməyəcək. Onun sözlərinə görə, “ABŞ istəsə belə, ordu Livanın cənubundan çıxmayacaq”.

Katz bunu İsrailin təhlükəsizlik siyasəti ilə əlaqələndirərək, hərbçilərin işğal olunmuş ərazilərdə qalacağını, mülki əhalinin isə həmin zonalardan kənarda saxlanılacağını iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ