“Paytaxtda plana düşdüyü üçün sökülən mənzillərə görə kompensasiya hesablanarkən bir neçə faktor nəzərə alınmalıdır”.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sökülən mənzillərin qiymətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif irəli sürülüb:
"Burada təkcə bazar dəyərindən söhbət gedə bilməz. Narahatlığa, sosial faktorlara və itkilərə görə əlavə kompensasiya hesablanmalıdır. İnsanlar başqa yerə köçməklə həm narahat olur, həm öz yaşayışını, işini itirir. Çünki biri yaxın, biri uzaq məsafəyə köçür. İnsanlara dəyən zərər, sosial və birbaşa faktorlar müxtəlifdir. Ona görə də bu faktorların hər birini qiymətləndirici qiymətləndirib, rəy verməlidir. Yəqin ki, bu məsələ yaxın zamanlarda həllini tapar"./Bizim.Media