NATO Baş katibinin açıqlamaları ölkədə böyük bir ajiotaj yaratdı


NATO-nun baş katibi Mark Rutte tərəfindən səsləndirildiyi iddia edilən açıqlamalar İtaliyada ciddi müzakirələrə və siyasi reaksiyalara səbəb olub.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı müxalifət sərt mövqe nümayiş etdirib, hökumət isə irəli sürülən iddiaları təkzib edib.

İddialar İtaliyada geniş rezonans doğurub. NATO rəhbərinin ABŞ mətbuatına verdiyi müsahibədə Avropa müttəfiqlərinin ABŞ-ı kifayət qədər dəstəkləməməsi ilə bağlı fikirlərinə cavab olaraq İtaliyanı nümunə göstərməsi ölkədə müzakirələri daha da alovlandırıb.

Rutte “Fox News”a verdiyi müsahibədə iddia edib ki, sözügedən əməliyyatı dəstəkləmək üçün İtaliyadakı ABŞ bazalarından 500 hərbi təyyarə havaya qalxıb. O həmçinin Avropada ümumilikdə 5000 uçuş həyata keçirildiyini bildirib. Bu açıqlamalar İtaliya ictimaiyyətində ölkənin həmin əməliyyatda gizli şəkildə iştirak edib-etməməsi ilə bağlı suallar yaradıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ