İsrailin mədəniyyət və idman naziri Miki Zohar ABŞ-ın İranla əldə etdiyi razılaşmanı tənqid edib və Vaşinqtonun siyasətini sərt şəkildə dəyərləndirib.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Təl-Əvivdə keçirilən tədbirdə çıxış edən Zohar ABŞ prezidenti Donald Trampın İran siyasətini tənqid edib.
Nazir bildirib ki, ABŞ-ın İranla bağlı mövcud yanaşması doğru deyil və Vaşinqton qarşı tərəfi tam şəkildə anlamır. Onun sözlərinə görə, bu siyasət ABŞ-ı gələcəkdə İsraillə gərginlik və qarşıdurma riskinə sürükləyə bilər.
Zohar əlavə edib ki, İsrail ABŞ-a qarşı mövqeyində “şərtsiz itaət” nümayiş etdirməyəcək.
Aytən Yaşar/ Turkustan.az