İyrəndiyimiz tarakan həm gözəllik, həm də sağlamlıq mənbəyi imiş


Bir çoxları tarakanları iyrənc həşəratlar hesab edirlər. Görəndə iyrəndiyimiz, ürpəndiyimiz tarakan bir çox Asiya ölkələrində əslində delikotes yemək sayılır.

Turkustan.az Lent.az-a istinadla bu həşəratlar barədə maraqlı məlumatı təqdim edir.

Xüsusən Çində tarakan əvəzolunmaz nemət sayılır. Bu ölkədə hətta tarakan yetişdirən fermalar da var. Tarakanın bir kilosu 44 dollara satılır.

Ölkənin cənub-qərbindəki Xichanq şəhərində bir əczaçılıq şirkəti hər il altı milyard tarakan yetişdirir.

Tarakanlar "yetkin yaşa" çatdıqda, onlar tutulur, üyüdülür, emal edilir və ənənəvi Çin təbabətində istifadə olunan "kanfuxin" adlı məlhəmlər hazırlanır.

Onun qastroenterit, mədə xorası və ağciyər xəstəliklərinin müalicəsində kömək etdiyi iddia edilir.

Shandong Kənd Təsərrüfatı Universitetinin professoru Liu Yushenq bildirib ki, tarakan bir sıra xəstəlikləri sağaldır və bunu digər dərmanlardan daha sürətli edir.

Həşəratların əsas alıcıları Asiya dərman və kosmetika şirkətləridir. Tarakanlar ucuz protein mənbəyidir və digər həşərat növləri ilə birlikdə ət əvəzedicisi kimi təklif olunur. Kosmetika şirkətləri tarakanların sellüloza bənzər qanadlarını yüksək qiymətləndirirlər. Tarakanın insanı gəncləşdirdiyinə və dərini gözəlləşdirdiyinə inanırlar. Tarakanın ən böyük faydası immuniteti gücləndirməsindədir.

Çində tarakanlardan hazırlanan dərmanları milyonlarla insan qəbul edir. Hökumətin hesabatına görə, 40 milyondan çox insan tarakan dərmanlarını qəbul etdikdən sonra müxtəlif növ xəstəliklərdən sağalıb.

Qeyd edək ki, fermalarda yetişdirilən tarakanlar yalnız balqabaq, göyərti kimi məhsullarla qidalandırılır. Onlar aclığa və susuzluğa davamlıdırlar. Tarakanı yalnız tamamilə zədikdən sonra öldürmək olur. Başı qopan tarakan və onun bədəni ayrı-ayrılıqda yaşaya bilir. Buna görə indi çinli alimlər tarakan üzərində təcrübələr apararaq insan immunitetini gücləndirməyin və uzun yaşamağın sirlərini araşdırırlar.


MANŞET XƏBƏRLƏRİ