Gələcəyin unitazı təqdim edildi: Çağırırsan, gəlir, tullantıları... - VİDEO


Çində təqdim olunan yeni texnologiya qısa müddətdə sosial şəbəkələrin diqqət mərkəzinə çevrilib.

Turkustan.az xəbər verir ki, Yueban Power Technology şirkəti istifadəçinin çağırışı ilə mənzilin istənilən nöqtəsinə gələ bilən ağıllı təkərli unitaz – Yueban Xiaoban modelini təqdim edib.

Qurğunun təxmini qiymətinin 312 min rubl olacağı bildirilir. Sistem tam avtomatik işləyir və insan müdaxiləsi tələb etmir.

Model əsasən hərəkət imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bununla belə, yenilik kompüter qarşısında uzun müddət vaxt keçirən geymerlərin də marağına səbəb olub.

Xiaoban isti sulu bide, isti hava ilə qurutma sistemi, xoşagəlməz qoxulara qarşı aktivləşdirilmiş kömür filtri və digər funksiyalarla təchiz edilib.

Qurğu özünü avtomatik təmizləyir, tullantıları isə daxili üyüdücü sistem vasitəsilə adi unitaza ötürərək boşaldır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ