“Bizdə qadınlar dilənir, kişilər evdə oturur…” - VİDEO


Bakının Sabunçu rayonundakı bu ərazi “Qaraçılar məhəlləsi” kimi tanınır.

Burada qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər.

Turkustan.az Baku TV-yə istinadən xəbər verir ki, həmin sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur. Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən.

Həyat yoldaşını iş dalınca - dilənməyə göndərən sakinlərdən biri evdə oturub uşaqlara baxdığını deyir: “21 yaşım var, həyat yoldaşım da 20 yaşındadır. Yeddi ildir evliyik, üç övladımız var. Bizim ailədə qadınlar dilənir, biz isə evdə otururuq”.

Daha ətraflı süjetdə:


MANŞET XƏBƏRLƏRİ