"Abzas Media" saytının rəhbəri Ülvi Həsənli saxlanılıb.
Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, Ü.Həsənli Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun saxlanılma səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, sayt rəhbəri bu gün səhər xarici ölkələrdən birinə getməli imiş. O, səhər saatlarında hava limanına yola düşüb.