Türkiyədən tarixi addım! Bu həmlə NATO daxilində tarazlığı dəyişdirəcək


Türkiyənin müdafiə sənayesi tərəfindən hazırlanan ADVENT Döyüş İdarəetmə Sistemi ilk dəfə NATO üzvü olan bir ölkəyə ixrac edilib.

Turkustan.az xəbər verir ki, sistem Rumıniyaya satılan CAm.ROMAN korveti ilə birlikdə Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bu satış HAVELSAN-ın Rumıniya ilə imzaladığı müqavilə çərçivəsində həyata keçirilib.

ADVENT sistemi daha əvvəl Pakistan, İndoneziya, Ukrayna, Qətər, Oman, Nigeriya, Malayziya və Çiliyə də ixrac olunub. Rumıniya isə bu sistemi istifadə edən ilk NATO ölkəsi olub.

Rumıniyaya verilən ADVENT sistemi Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi versiya əsasında hazırlanıb və ölkənin ehtiyaclarına uyğunlaşdırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ