Trampın addımı Dünya Kubokunda gündəm oldu


2026-cı il Dünya Kubokunda ABŞ-ın Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə qazandığı oyunda qırmızı vərəqə alan Folarin Balogunla bağlı yeni qərar verilib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinodan məsələyə yenidən baxılmasını xahiş etməsindən sonra FIFA Balogunun avtomatik oyun cəzasının icrasını bir il müddətinə dayandırıb. Bu qərara əsasən, futbolçu ABŞ-ın Belçikaya qarşı keçirəcəyi 1/8 final oyununda iştirak edə biləcək.

FIFA bildirib ki, Balogunun qırmızı vərəqəsi ləğv edilməyib. Yalnız cəzanın icrası bir il müddətinə təxirə salınıb. Bu müddət ərzində Balogun eyni ağırlıqda yeni intizam qaydası pozarsa, dayandırılmış cəza qüvvəyə minəcək.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino isə Balogunun qırmızı vərəqəsini əvvəldən haqsız hesab etdiyini bildirib və FIFA-nın qərarını müsbət qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ