Makron Suriyaya investorlarla birlikdə səfər edəcək


Suriya Prezidentinin Kommunikasiya İdarəsi Fransa Prezidenti Emmanuel Makronun tezliklə Suriyaya rəsmi səfər edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri gözlənilir. Suriya Prezidentinin Kommunikasiya İdarəsi Prezident Makronun ikitərəfli münasibətləri inkişaf etdirmək və qarşılıqlı maraq doğuran məsələləri həll etmək üçün tezliklə Suriyaya rəsmi səfər edəcəyini açıqladı. İdarə bildirib ki, Prezident Makronu fransız investorları və şirkət nümayəndələrinin böyük bir nümayəndə heyəti müşayiət edəcək və Suriya Prezidenti Əhməd əl-Şara ilə Makron hər iki ölkənin nümayəndə heyətləri ilə geniş dəyirmi masa görüşü keçirəcəklər.

Danışıqlarda regional və beynəlxalq arenada baş verən son hadisələrin, eləcə də müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarının ətraflı şəkildə müzakirə olunması gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ