Bakı şəhəri, Yasamal rayonunda sərnişin avtobusun şüşəsini sındırıb və hadisə yerindən qaçıb.
Turkustan.az xəbər verir ki, olay ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.
Sürücü qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbini davam etdirib.
O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısının şüşəsini təpikləyərək qırıb və hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb.
Görüntünü təqdim edirik:
/oxu.az