ABŞ Prezidenti Donald Tramp əlverişsiz hava şəraiti səbəbindən kabineti ilə birlikdə sabah planlaşdırılan Kemp Deyvidə səfərini təxirə salacağını açıqladı.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək sabahkı iş qrafikində dəyişikliklər etdiyini açıqlayıb.
ABŞ prezidenti bildirib ki, "Sabah mümkün pis hava şəraitinə görə, Nazirlər Kabinetinin iclasını Ağ Evdə keçirəcək və Nazirlər Kabinetinin Kemp Devidə səfərini təxirə salacağıq".
Bu açıqlamadan bir müddət əvvəl ABŞ mediası Vaşinqtonda güclü yağışın Kemp Deyvidə uçuşları çətinləşdirə biləcəyini və görüşün başqa yerə keçirilə biləcəyini bildirmişdi.
ABŞ mətbuatındakı şərhlərdə həmçinin qeyd olunur ki, Tramp birinci müddətində Kemp Deviddən 15 dəfə görüş yeri kimi istifadə edib və 8 iyun 2025-ci ildə orada İran və Qəzzaya həsr olunmuş iclas keçirib, bundan təxminən iki həftə sonra ABŞ təyyarələri İranın nüvə obyektlərini bombalayıb.
Aytən Yaşar/ Turkustan.az