CHP lideri Özgür Özəl Qurban bayramı namazını doğulduğu şəhər olan Manisadakı Hatuniye Məscidində qılıb.
Turkustan.az xəbər verir ki, namazdan sonra vətəndaşlarla bayramlaşan Özəl jurnalistlərə açıqlamalar verərək CHP daxilində davam edən proseslərə münasibət bildirib. O, “Yeni partiya yaradacaqsınızmı?” sualını da cavablandırıb.
Özel qeyd edib ki, partiyada seçkilərin mümkün qədər tez keçirilməsini istəyirlər:
“81 vilayət sədrimiz, üzvlərimiz və təşkilatımız seçkilərin keçirilməsinin vacib olduğunu düşünür.”
O, həmçinin Kamal Kılıçdaroğlu-na çağırış edərək bildirib:
“Ümid edirik ki, Kılıçdaroğlu seçilmədiyi bir partiyaya rəhbərlik etməyə çalışmaz. Qurultaya gedən yol aydındır. Sədr 2 milyon üzvümüzün qərarı ilə müəyyən olunsun. Mən istədiyi nümayəndə ilə seçkiyə qatılmağa hazıram. Bu, həm Türkiyə üçün yaxşı nümunə olar, həm də bütün müzakirələrə son qoyar.”
Aytən Yaşar/ Turkustan.az