Əlamətdar tədqiqat nəticələri dərc olunub: Şəhər işıqlarına məruz qalma Alzheimer riskini artıra bilər


ABŞ-da aparılan bir araşdırma göstərdi ki, gecələr açıq havada süni işıqlara məruz qalma xüsusilə 65 yaşdan kiçik insanlarda Alzheimer xəstəliyi riskini artıra bilər.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Rush Universitetinin tədqiqatçıları ölkənin 48 ştatında yolun işıqlandırılması və süni işıq mənbələrindən işıqlandırılan işarələr kimi işığın çirklənməsinə səbəb olan amilləri araşdırıblar.

Tədqiqatın nəticələrinə görə, tədqiqatçılar Alzheimer xəstəliyinin gecələr süni işığın olduğu bölgələrdə daha çox rast gəlindiyi qənaətinə gəliblər və süni işığın bədənin bioloji saatını və yuxu rejimini poza biləcəyini və idrakın zəifləməsinə səbəb ola biləcəyi qənaətinə gəliblər.

Tədqiqatçılar açıq havada süni işığa məruz qalmanın 65 yaşdan aşağı insanlarda Alzheimer riskini spirt istifadəsi, xroniki böyrək xəstəliyi və piylənmə kimi digər faktorlardan daha çox artırdığını müəyyən ediblər.

Tədqiqatçılardan Robin Voigt-Zuwala dedi: "Dəyişdirilə bilən ətraf mühit faktoru olan gecə çirklənməsi Alzheimer xəstəliyinin inkişafı üçün əhəmiyyətli bir risk yarada bilər".

Gecələr məruz qalan süni işığın mənfi təsirlərini azaltmaq üçün qaranlıq pərdələrdən və ya göz yamaqlarından istifadə etmək tövsiyə edilmişdir.

Araşdırma "Frontiers in Neuroscience" jurnalında dərc olunub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ