İran Hörmüz boğazında sutkada 15 gəmi limiti tətbiq edəcək


Atəşkəs razılaşmasının bir hissəsi olaraq İran, Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verməyəcək.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslamabadda danışıqlardan əvvəl TASS-a yüksək vəzifəli İran rəsmisi məlumat verib.

Rəsminin bildirdiyinə görə, hazırkı atəşkəsə əsasən, Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verilmir. Bu, İranın razılığına və müəyyən protokollara riayət edilməsinə ciddi şəkildə bağlıdır.

İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən nəzarət edilən bu yeni hüquqi çərçivə rəsmi olaraq bölgədəki tərəflərə çatdırılıb. Müharibədən əvvəlki status‑kvoya qayıtmaq mümkün olmayacaq”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ