"Siyasi partiyalar haqqında" qanuna əsasən partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.
Artıq partiyalar hesabatlarını MSK-ya təqdim ediblər. Partiyaların əsas maliyyə mənbələrinə üzvlük haqqı, ianələrdən əlavə dövlətdən ayrılan maliyyə yardımları da aiddir.
Modern.az 2025-ci il partiyalara nə qədər maliyyə yardımı ayrıldığını araşdırıb.
Yeni Azərbaycan Partiyası(YAP)
2025-ci ildə YAP-a verilən dövlət maliyyə yardımının məbləği 3 milyon 004 min 615 manat olub. Əvvəlki dövrlə müqayisədə maliyyə yardımının məbləği 405 753 manat artıq olub. Belə ki, 2024-cü ildə YAP-a 2 598 862 manat dövlət yardımı edilib.
Müsavat Partiyası
Partiyanın təqdim etdiyi hesabatdan görünür ki, 2025-ci ildə dövlət tərəfindən 40 586 manat maliyyə yardımı göstərilib. 2024-cü ildə isə dövlət yardımının məbləği 9207 manat təşkil edib.
Haqq Ədalət Partiyası (HƏP)
HƏP-ə dövlət tərəfindən verilən 2090 manat təşkil edib.
Demokratik İslahatlar Partiyası (DİP)
DİP-ə 2025-ci ildə dövlət tərəfindən göstərilən maliyyə dəstəyinin məbləği 304 min 946 manat təşkil edib. 2024-cü ildə isə partiya dövlətdən 274 min 278 manat maliyyə dəstəyi alıb.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
Dövlət 2025-ci ildə VHP-yə 379 min 185 manat maliyyə dəstəyi göstərib. 2024-cü ildə isə partiyaya verilən maliyyə dəstəyinin məbləği 336 min 838 manat olub.
Ağ Partiyası (AğP)
AğP-yə ötən il dövlət tərəfindən göstərilən maliyyə dəstəyinin məbləği 2024-cü illə müqayisədə xeyli aşağı olub. Belə ki, 2024-cü ildə partiyaya 4 699 manat maliyyə yardımı edildiyi halda 2025-ci ildə bu rəqəm 1 175 manat olub.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası
ƏHD Partiyasına göstərilən dövlət maliyyə yardımı 2024-cü illə müqayisədə artıb. Belə ki, 2024-cü ildə dövlətdən verilən maliyyə yardımı 284 min 898 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 338 min 724 manat təşkil edib.
Böyük Quruluş Partiyası (BQP)
Böyük Quruluş Partiyasına 2025-ci ildə 304 min 946 manat maliyyə yardımı edilib. 2024-cü il partiyanın dövlətdən aldığı maliyyə yardımının göstəricisi isə 274 min 278 manat olub.
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
ADMP-yə 2025-ci ildə 304 min 946 manat maliyyə yardımı edilib. 2024-cü il partiyanın dövlətdən aldığı maliyyə yardımının göstəricisi isə 274 min 278 manat olub.
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Milli Dirçəliş Hərəkatı Partiyasına nə 2024, nə də 2025-ci ildə dövlət tərəfindən maliyyə yardımı edilməyib.
Azərbaycan Xalq Partiyası (AXP)
Partiyanın MSK-yə təqdim etdiyi maliyyə hesabatında dövlət tərəfindən ayrılan yardımın məbləği cəmi 850 manat olub. 2024-cü ildə isə bu rəqəm 3400 manat təşkil edib.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Partiyanın təqdim etdiyi hesabatda 2025-ci ildə dövlət tərəfindən ayrılan maliyyə yardımının məbləği 50 manat olub. 2024-cü illə müqayisədə bu 4 dəfə aşağı göstəricidir. Belə ki, 2024-cü ildə patiyanın dövlətdən aldığı maliyyə yardımının məbləği 200 manat təşkil edib.
Respublikaçı Alternativ (REAL) Partiyası
Partiyanın MSK-yə təqdim etdiyi sənəddə 2025-ci ildə dövlətin ayırdığı maliyyə yardımının məbləği 304 min 946 manat göstərilib. 2024-cü ildə isə bu rəqəm 274 min 278 manat olub.
Azad Vətən Partiyası (Azad Vətən)
Partiyaya dövlət tərəfindən 2025-ci ildə 7000 manat yardım edilib. 2024-cü ildə isə heç bir yardım olmayıb.
“Ana Vətən” Partiyası (AVP)
Partiyaya 2025-ci ildə 304 min 946, 2024-cü ildə isə 274 min 278 manat dövlət maliyyə yardımı verilib.
Ədalət Partiyası
Ədalət Partiyası isə 2025-ci ildə 1012 manat, 2024-cü ildə isə 3495 manat yardım alıb.
Böyük Azərbaycan Partiyasının (BAP)
Böyük Azərbaycan Partiyasının (BAP) dövlətdən 2025-ci ildə aldığı dövlət maliyyə dəstəyinin məbləği 304 min 946 manat 2024-cü ildə isə 274 min 278 manat təşkil edib.
Yeni Zaman Partiyası (YZP)
Partiyaya 2025-ci ildə 1140, 2024-cü ildə isə 1455 manat dövlət maliyyə yardımı göstərilib.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2025-ci ildə 304 946 manat maliyyə yardımı aldığı halda, 2024-cü ildə bu göstərici 65 804 manat təşkil edib.
Vəhdət Partiyası
Vəhdət Partiyasına (VP) 2025-ci ildə dövlət maliyyə yardımı verilməyib. 2024-cü ildə isə partiyaya dövlət tərəfindən 195 660 manat maliyyə vəsaiti yardım kimi verilib.
Milli Cəbhə Partiyası (MCP)
Partiyaya 2024-cü ildə 274 min 278 manat, 2025-ci ildə isə 304 min 946 manat maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP), Müasir Müsavat Partiyası, Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə Maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə Arayış təqdim ediblər. Yəni bu partiyaların maliyyə fəaliyyətlərinin göstəricisi sıfır olub.