Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığı müəyyən edilib.
Turkustan.az xəbər verir ki, bu kiçik vəz əslində yetkinlik dövründən sonra tamamilə işini dayandırmır və fərdlər arasında aktivlik səviyyəsi fərqli olur. Onlar sağlam və aktiv timus vəzinə sahib olan şəxslərdə ürək xəstəlikləri riski azaldığı kimi, xərçəng xəstələrində immunoterapiya müalicəsinə daha güclü cavab verildiyini sübut ediblər.
Əldə olunan statistikaya görə, bu vəzi sağlam şəkildə fəaliyyət göstərən xərçəng xəstələrində xəstəliyin irəliləmə riski təxminən %37, ölüm riski isə %44 dərəcəsində azalır. Bu nəticələr timus vəzinin “T” hüceyrələrinin istehsalında və immun sisteminin fəaliyyətində kritik rolu olduğunu göstərir.
Tədqiqatçılar həmçinin qeyd edirlər ki, həyat tərzi xüsusilə siqaret istifadəsi, piylənmə və xroniki iltihablanma timus funksiyasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, balanslı metabolik sağlamlıq bu orqanın fəaliyyətini dəstəkləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.
Timus vəzinin qorunması yalnız infeksiyalara qarşı deyil, həm də ciddi xəstəliklərə qarşı orqanizmin müdafiə qabiliyyətini artırır. /Yeni Sabah/