Tramp bunu görməməlidir: Aldığı nəticələr gözləniləndən daha pisdir


ABŞ Prezidenti Donald Trampın İran siyasəti beynəlxalq mətbuatda sərt tənqid olunub.

Turkustan.az xəbər verir ki, Britaniyanın “New Statesman” jurnalı Trampın İranda başlatdığı müharibənin Vaşinqton üçün “yalnız strateji səhv deyil, həm də sistemik çöküş” olduğunu bildirib.

Jurnal üz qabığında Amerika simvolu olan keçəl qartalın oxla vurulduğu təsviri yerləşdirərək “Çöküş: Donald Tramp Amerika imperiyasını necə məhv etdi?” başlıqlı təhlil dərc edib. Yazıda ABŞ-ın qlobal gücünün zəiflədiyi iddia olunur.

Təhlildə vurğulanır ki, Tramp müharibənin ilk günlərində İran əməliyyatını “kiçik bir addım” kimi təqdim etsə də, bu yanaşma qısa müddətdə genişmiqyaslı böhrana çevrilib. Həmçinin, əməliyyatın tezliklə başa çatacağı ilə bağlı iddiaların reallığı əks etdirmədiyi qeyd olunub.

Məqalədə bildirilir ki, ABŞ-ın ilkin məqsədi İranın nüvə imkanlarını məhdudlaşdırmaq idi. Lakin zaman keçdikcə diqqət Hörmüz boğazına nəzarətin ələ keçirilməsinə yönəlib. Təhlilə görə, bu məqsəd hərbi baxımdan davamlı deyil və ABŞ üçün ciddi itkilərlə nəticələnə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ