Zərərli vərdişlərin fəsadları yalnız fərdlə məhdudlaşmır, genetik yolla növbəti nəsillərə də ötürülür. Xüsusilə ataların siqaret çəkmə vərdişi uşaqların maddələr mübadiləsi (metabolizma) üzərində ciddi izlər qoyur.
Turkustan.az bildirir ki, atanın siqaret tüstüsünə məruz qalması spermada epigenetik dəyişikliklərə səbəb olur. Bu da uşağın gələcəkdə piylənmə və maddələr mübadiləsi pozğunluqlarına meyilli doğulmasına yol açır.
Tədqiqatlara görə, siqaret çəkən kişilərin övladlarında (xüsusilə oğul uşaqlarında) bədən kütlə indeksinin daha yüksək olduğu müşahidə edilib.
Təkcə hamiləlik dövründə deyil, atanın hələ uşaqlıq və ya yeniyetməlik dövründə siqaretə başlaması belə, illər sonra doğulacaq övladının sağlamlıq profilinə mənfi təsir göstərir.
Ekspertlər bildirirlər ki, sağlam nəsil üçün təkcə anaların deyil, ataların da həyat tərzi həlledici rol oynayır. Atanın siqaretdən imtina etməsi, gələcək övladlarını diabet və piylənmə kimi xroniki xəstəliklərdən qorumaq üçün atılan ən mühüm addımlardan biridir. /pravda.az/