Yasəmən Qaraqoyunlu İstanbulda Konfransda önəmli mesajlar verdi


4 aprel 2026-cı ildə Türkiyənin İstanbul Şəhərində Qazaxıstan, Türkiyə, Azərbaycan alimləri elmi konfransda bir araya gəldi. Konfrans Qazaxıstan Turan Akademiyası və Türkiyə Ön Türk Akademiyasının birlikdə təşkil etdikləri “Atatürkün Türk Tarix Tezi işığında Ön Türklər və Türk Dili Çalıştayı” Kadıköy Bələdiyəsi Kozyatagı Kültür Mərkəzində gerçəkləşmişdir.

Konfransda Qazaxıstan Turan universitetindən prof.dr. Rakhman Alshanov “Turan Tarixi: Kraliyət İskitləri, Paradatlar, Pişdadilər, Paradarya, Parnilər, Partlar”, Qazaxıstan Spor və Turizm Akademiyasından prof.dr. Zhumazhan Bayzhumin “ Türklərin kökənləri və tarixi misyonu”, Səlçuk Universitetindən prof.dr. İlham Ənvəroğlu “Türk Sənət dili bağlamında ön türk kaynakları və Çatalhöyük”, Hacəttəpə Universitetindən prof. Dr. Özkul Çobanoğlu “Günəş Dil Nəzəriyyəsi”, Qazi Universitetindən Necati Dəmir “Türk əlifbasının qaynağı və yayılma alanları”, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitundan Yasəmən Qaraqoyunlu “Türk-Turan mədəniyyəti: Türk mədəniyyətinin Çin, hind, Pers, Rus-Slavyan, Sami-Ərəb, Roma-Batı mədəniyyətləri ilə etkiləşimləri”, Egey Universitetindən prof.dr. Alimcan İnayət “Türkcənin Çincəyə təsirləri”, Tarix araşdırmaçısı dr. Babək Cavanşir “ Türkcənin Farscaya Etkisi”, Egey Universitetindən prof.dr. Zəki Kaymaz “Türkcənin Arapcaya etkisi”, Yedditəpə Universitetindən prof.dr. Osman Karatay “Dil akrabalığı kuramları və Türkcə” mövzusunda çıxış etmişlər.

AMEA Fəlsəfə İnstitunun elmi işçisi Yasəmən Qaraqoyunlu konfransdakı çıxışında bildirmişdir ki, millətlər var ki, öz tarixləri boyu sadəcə mədəniyyət yaradır, millətlər də var ki, həm mədəniyyət yaradır, həm də yer üzərindəki digər mədəniyyətləri yönləndirir, inkişaflarına töhfə verir. Türk milləti Türk-Turan mədəniyyətinin yaradıcısı olmaqla bərabər, həm də Çoular, Tabğaclar və Tatarlar-Çengiz Xan vasitəsilə Çin mədəniyyətini, Sakalar, Kuşanlar, Eftalitlər, Qəznəvilər, Baburlar, Qütbşahlar vasitəsilə Hind mədəniyyətini, Səlçuklular, İşxidilər, Tolunoğulları, Əyyubilər, Məmlüklər, Osmanlılar vasitəsilə Sami-Ərəb İslam mədəniyyətini, Saka, Parfiya, Qəznəvi, Səlçuklu, Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Avşar, Qacarlar vasitəsilə İran-Pers mədəniyyətini, Troya, Etrusk, Batı Hun imperatorluğu, Səlçuklu, Osmanlı vasitəsilə Roma –Batı mədəniyyətini, Xəzər imperatorluğu və Qızıl Orda dövləti ilə Rus-slavyan mədəniyyətini idarə etmişik, təsir etmişik, inkişaf etdirmişik. Çin, Hind, Aramey, Rus-Slavyan, Pers-İran, Ərəb-İslam, Batı-Latın, Yunan yazılarında, ədəbiyyatında, dini dünyagörüşündə Türk millətinin qatqıları, əməyi, iştirakı vardır. Fars və Ərəbdilli ədəbiyyat Türk millətinin qatqıları ilə, aydınlarının iştirakı ilə yaradılmışdır. Bizim vəzifəmiz bütün bu yazı və mədəniyyət sistemlərindəki türk izlərini, Türk abidələrini, türk ədəbiyyatı və elmi əsərlərini dərləyib, toplayıb yenidən Türk millətinin sərvətinə çevirmək, türk millətinin malı etmək, türk millətinin tarixi haqqını Türk Millətinə qaytarmaq olmalıdır. Biz Türk-İslam mədəniyyət çağı adlandırılan X-XX əsrin əvvəllərinə qədərki min ildə Fars və Ərəb dillərində böyük ədəbi, elmi əsrlər yaratmışıq, yazmışıq, İslami mədəniyyətin yaradıcıları kimi bu dillərdəki mədəniyyətimizə sahib çıxıb onu Türkləşdirməliyik . Biz həm mədəniyyət yaradan, həm də mədəniyyətlərin inkişaf etdirilməsində və yönləndirilməsində iştirak edən millətik. Biz təkcə Türk mədəniyyətinin deyil, Çin, Hind, Avropa, Rus-Slavyan, İran-Pers, Ərəb-Sami mədəniyyətlərinin də yaradılmasında iştirak etmişik və tarixi iz buraxmışıq ”.

KONFRANSDAKI ÇIXIŞIN VİDEOSU:

https://www.youtube.com/watch?v=4kS9fEAN3Nk


MANŞET XƏBƏRLƏRİ