Pezeşkian: Atəşkəs pozulub, danışıqlar mənasızdır


“İsrailin Livana qarşı davam edən hücumları ABŞ ilə İslamabadda planlaşdırılan danışıqları mənasız edəcək”.

Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“İsrailin Livana yenidən hücumu atəşkəs üzrə ilkin razılaşmanın açıq şəkildə pozulmasıdır. Bu, mümkün razılaşmalara əməl olunmaması və fırıldaqçılığa dair təhlükəli siqnaldır. Bu cür addımların davam etməsi danışıqları mənasız edəcək. Əlimiz tətikdədir. İran heç vaxt livanlı bacı-qardaşlarını tək qoymayacaq”, - dövlət başçısı bildirib.

Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ