Netanyahu: İsrail Livanla sülh danışıqlarına başlayacaq


İsrail hökuməti Livanla atəşkəs və “Hizbullah”ın tərksilah edilməsi danışıqlarına mümkün qədər tez başlayacaq.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.

Netanyahu əlavə edib ki, danışıqlar “Hizbullah”ın tərksilah edilməsi və İsraillə Livan arasında sülh münasibətlərinin qurulmasına yönələcək.

Baş nazir onu da əlavə edib ki, qərar Livanın İsraillə birbaşa danışıqlara başlamaqla bağlı dəfələrlə etdiyi müraciətlərdən qaynaqlanıb.


MANŞET XƏBƏRLƏRİ