Keçmiş NATO rəsmiləri: ABŞ Alyansdan çıxmayacaq!


NATO-nun keçmiş baş katib müavinləri bildiriblər ki, ABŞ prezidenti Donald Trampın Alyansdan çıxmaqla bağlı siqnallarına baxmayaraq, belə bir addımın reallaşması ehtimalı çox aşağıdır.

Turkustan.az xəbər verir ki, onların fikrincə, NATO ABŞ üçün strateji baxımdan son dərəcə faydalıdır.

2001–2007-ci illərdə NATO baş katibinin müavini olmuş Alessandro Minuto-Rizzo və 2010–2018-ci illərdə bu vəzifəni tutmuş Ceymi Şi məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Minuto-Rizzo qeyd edib ki, NATO tarix boyu dəfələrlə “fəaliyyətsiz” hesab edilib, xüsusilə də Soyuq Müharibədən sonra onun mövcudluğunun zəruriliyi tez-tez sual altına alınıb.

Bununla belə, o vurğulayıb ki, Alyans Bosniya və Herseqovina, Kosovo, Liviya və Əfqanıstanda həyata keçirdiyi missiyalarla təhlükəsizlik sahəsində mühüm rol oynadığını sübut edib. Onun sözlərinə görə, ABŞ-ın NATO-dan çıxması real görünmür: “NATO ABŞ üçün böyük əhəmiyyət daşıyır. Avropalı müttəfiqlərin yalnız ABŞ-dan faydalandığını demək düzgün deyil – onlar da Alyansa ciddi töhfələr veriblər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ