Rusiya min əsgərin cəsədini Ukraynaya qaytarıb.
Turkustan.az xəbər verir ki,bu barədə Ukrayna Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahı Telegram platformasında məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə repatriasiya edilən şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün zəruri ekspertizalar aparacaqlar.
Şəxsiyyətləri müəyyən edildikdən sonra mərhumların cəsədləri dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.
Aytən Yaşar/ Turkustan.az