Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq
Qeyd edək ki, 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri olacaq. /Metbuat.az/