ABŞ və İsrailin İrana hücumları ilə başlayan və Hörmüz boğazının bağlanması ilə dərinləşən qlobal enerji böhranı Rusiyanın neft gəlirlərində böyük bir artım yaratdı.
Turkustan.az xəbər verir ki, artan qiymətlər sayəsində Moskvanın enerji gəlirləri tez bir zamanda kəskin yüksəliş nümayiş etdirdi.
Neft qiymətlərinin 100 dollardan yuxarı qalxması ilə Rusiyanın ən vacib neft vergisi mənbəyindən əldə etdiyi gəlir aprel ayında təxminən ikiqat artaraq 9 milyard dollara çatıb. Bu, Rusiyanın İrandan qaynaqlanan böhrandan əhəmiyyətli iqtisadi üstünlük qazandığını göstərir.
Fevral ayının sonunda başlayan hücumlardan sonra İranın qlobal neft və mayeləşdirilmiş təbii qaz daşınmalarının əhəmiyyətli bir hissəsinin keçdiyi Hörmüz boğazını bağlaması enerji bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Bu inkişaf neft qiymətlərini sürətlə yüksəltdi.
Rusiyada enerji gəlirlərinin əsasını təşkil edən istehsala əsaslanan vergilərdə də əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Hesablamalara görə, neft hasilatından toplanan "mədən vergisi" mart ayında 327 milyard rubldan aprel ayında təxminən 700 milyard rubla (9 milyard dollar) yüksəlib.
Aytən Yaşar/ Turkustan.az