İranın ultimatumu Netanyahunu geri çəkilməyə məcbur etdi! Əmri o verdi


İranın Livana hücumların davam edəcəyi təqdirdə atəşkəsdən çıxmaqla bağlı təhdidindən sonra İsrailin Baş naziri Binyamin Netanyahu Livanla birbaşa danışıqlara başlamağa hazır olduqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Netanyahu verdiyi açıqlamada Təhlükəsizlik Kabinetinin son iclasında Beyrut hökuməti ilə mümkün qədər tez birbaşa danışıqlara başlanması barədə göstəriş verdiyini bildirib.

Baş nazir qeyd edib ki, bu danışıqların əsas məqsədi Hizbullahın tərksilah edilməsi və iki ölkə arasında “dinc münasibətlərin” qurulmasıdır.

Digər tərəfdən, İran mediası İsrailin Livana hücumları dayandırmayacağı təqdirdə Tehranın atəşkəs razılaşmasından çıxacağını iddia edir. İran rəsmisi ABŞ-ın Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsə razılıq verdiyini desə də, İsraili razılaşmanı pozmaqda ittiham edib.

Rəsmiyə görə, İsrail bu səhərdən etibarən atəşkəsi açıq şəkildə pozaraq Livana qarşı hücumlarını davam etdirir. O əlavə edib ki, əgər bu hücumlar davam edərsə, İran atəşkəs razılaşmasından çıxacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ