Azərbaycanda dabaq xəstəliyi 40 ildən sonra yenidən yayılıb.
"Liberal İqtisadçılar Mərkəzi"nin sədri Akif Nəsirli Bakupost TV-yə bildirir ki, otlaq sahələrinin azalması və bələdiyyə sədrlərinin laqeydliyi heyvandarlığın zəifləməsinə səbəb olur.
Yerli istehsalın azalması ölkəni xaricdən gətirilən ət məhsullarından asılı vəziyyətə salıb.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis Günel Alıyeva deyir ki, biz əti nə qədər qaynatmağa çalışsaq da, o ət bazardan evə gətirilənə, bişənə qədər doğrama taxtasında və soyuducuda virusu və bakteriyanı yaya bilər.
Bu, xəstəliyin artıq mətbəx mühitində yayılmasına gətirib çıxarır.
Kənd Təsərrüfatı Nazirliyinin və AQTA-nın rəsmi açıqlamaları insanlarda yaranan narahatlığı qismən azaltsa da, saxta peyvəndlərin işbazlar tərəfindən satılması vəziyyəti daha da gərginləşdirib.
Ekspertlər hesab edir ki, nəzarət və baytarlıq tədbirləri təxirə salınmadan gücləndirilməlidir.
Ətraflı videoda:
/bakupost.az/