Pentaqondan Ukraynaya yaşıl işıq: "Tomahawk " verilə bilər


ABŞ mediası Pentaqonun "Tomahavk" qanadlı raketlərinin Ukraynaya çatdırılmasına yaşıl işıq yandırdığını iddia edərkən, son qərarı ABŞ prezidenti Donald Trampın verəcəyi bildirilirdi.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahavk” raketlərinin verilməsi üçün Ağ Evə yaşıl işıq yandırdığı iddia edilib.

CNN-in məsələ ilə bağlı məlumatlı rəsmilərə istinadən verdiyi məlumata görə, Pentaqon Ukraynaya uzaqmənzilli Tomaqavk raketləri tədarükü ilə bağlı qərar qəbul edib.

Nazirlik bu raketləri Ukraynaya çatdırmaq üçün Ağ Evə yaşıl işıq yandırıb. Xarici satınalmaların yekun təsdiqi ABŞ prezidenti Donald Trampa qalıb.

Sözügedən “Tomahavk” raketlərinin uçuş məsafəsinin təxminən 1600 kilometr olduğu məlumdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ