Sırski: Pokrovsk bizim nəzarətimizdədir


Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski toqquşmaların davam etdiyi Pokrovsk şəhərinin Ukraynanın nəzarəti altında olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Sirskiy Telegram hesabında yazdığı yazıda Rusiya-Ukrayna müharibəsi çərçivəsində ən şiddətli qarşıdurmaların yaşandığı Donetsk bölgəsindəki son hadisələri dəyərləndirib.

Sözügedən bölgədə cəbhə xəttində yoxlamalar apardığını deyən Sirski cəbhədə "ən ağır vəziyyətin" Pokrovsk şəhəri istiqamətində olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ