Kolumbiya ABŞ-ın hücumlarını BMT-ə çatdıracaq


Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın Karib dənizi və Sakit Okeanlarda narkotik daşıdığı iddia edilən qayıqlara etdiyi hücumları dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) təklif təqdim etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, Petro ABŞ-da yerləşən X şirkətinin sosial media platformasındakı paylaşımında narkotiklərlə mübarizə adı altında ABŞ-ın Karib və Sakit Okeandakı əməliyyatlarına reaksiya verib.

Prezident Petro, "Amnesty International-a görə, Karib hövzəsindəki əməliyyat qeyri-qanunidir. Karib hövzəsi hökümətləri nə düşünür? Xalq nə düşünür? Kolumbiya BMT-yə Karib və Sakit Okean hövzələrinə qarşı hücumların dayandırılmasını tələb edən qətnamə təqdim etməlidir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ