Qonşu ölkədə narahatlıq doğuran xəbər yayıldı – Azərbaycanda da var


Türkiyədə tənəffüs yolları infeksiyalarının sürətlə artması narahatlıq doğurur. Həkimlər bu vəziyyəti COVID-19, qrip və digər mövsümi virusların eyni anda yayılması ilə izah edirlər. Oxşar simptomların Azərbaycanda da müşahidə olunduğu iddia edilir.

Hazırda ölkəmizdə epidemioloji vəziyyət hansı səviyyədədir?

Globalinfo.az-a danışan infeksionist Nahid Kərimli deyib ki, qonşu ölkədəki durum Azərbaycanda da müşahidə oluna bilər:

“Ölkəmizdə əhali sıx məskunlaşıb və ictimai yerlərdə insanların təması daha çoxdur, buna görə də infeksion xəstəliklərin yayılma riski artır. Ən ciddi problem odur ki, xəstələnənlər əksər hallarda işə, məktəbə və ya bağçaya gəlməyə davam edirlər. Bu məsələ tam şəkildə nəzarətə götürülmür, nəticədə viruslar qısa müddətdə geniş kütlə arasında yayılır”.

74baf0d5 43db 4d0a 89cc 477fd8819200

Nahid Kərimli

İnfeksionist bildirib ki, xüsusilə ictimai nəqliyyat vasitələri, məktəblər və bağçalar riskli mühitlərdir:

“Xəstələnən insanlar ətrafdakıların sağlamlığını qorumaq məqsədilə maska və antiseptiklərdən istifadə etməlidirlər. Təəssüf ki, bu qaydalara əməl olunmur, yalnız salfetlə qorunmaq heç bir effekt vermir. İnfeksiyaların sürətlə yayılmasının əsas səbəbi məhz gigiyena və özünümühafizə qaydalarına laqeyd münasibətdir”.


MANŞET XƏBƏRLƏRİ