Fələstin beynəlxalq ictimaiyyəti "İsrailə" çağırır


Fələstin Administrasiyası beynəlxalq ictimaiyyəti İsrailin həbsxanalarında fələstinli məhbuslara qarşı cinayətlərinin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin İsrail həbsxanalarında fələstinlilərin alçaldıcı görüntülərini paylaşması və onların edam edilməsi çağırışı ilə bağlı yazılı açıqlama verib.

Nazirliyin bəyanatında İsrail hökuməti və Ben-Qvirin həbsxanalarında fələstinli məhbuslara qarşı müharibə cinayətləri, zülm siyasəti və sistematik pis rəftar törətdiyi bildirilib.

İsrailin və onun müstəmləkəçi sisteminin özbaşına həbs və işgəncələrdən müharibə aləti kimi istifadə etdiyi bildirilən bəyanatda, İsrailin fələstinli məhbuslara qarşı törətdiyi cinayətlərin “müharibə cinayətləri və insanlığa qarşı beynəlxalq hüquqa görə cavabdehlik və cəza tələb edən cinayətlər” olduğu vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ