Venesuela ilə ABŞ arasında gərginlik davam edərkən, ABŞ mətbuatı əhəmiyyətli bir iddia ortaya atıb.
Turkustan.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun Rusiyadan təcili hərbi dəstək istəməsi iddia edilib.
ABŞ-da yerləşən Vashington Post (WP) qəzeti Venesuela prezidenti Nikolas Maduronun Rusiyadan ABŞ-a qarşı “təcili hərbi dəstək” istədiyini iddia edib.
WP xəbər verir ki, ABŞ hökumətinin əldə etdiyi bəzi sənədlərə əsasən, Maduro Rusiyadan “təcili hərbi dəstək, o cümlədən raketlər tələb edib”.
Qəzet Karakas rəhbərliyinin Çin və İrandan kömək istəməsi və pilotsuz uçuş aparatları tələb etdiyi iddiasını da paylaşıb.
Sənədlər göstərir ki, Maduro ABŞ qüvvələri Karib dənizində yerləşdirilərkən Rusiyadan raketlər, radarlar və daha təkmil təyyarələr tələb edən məktub hazırlayıb.
VP Karakas administrasiyasının Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda Moskvaya qarşı tələblərini ifadə etdiyini və məktubun bu ay Rusiyanın paytaxtı Moskvaya “baş köməkçisinin” səfəri zamanı çatdırılmasının planlaşdırıldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az