Pakistan və Əfqanıstan arasında münaqişə səbəbindən oktyabrın 11-dən bağlı qalan Torkham Sərhəd Qapısı əfqan qaçqınların vətənə qaytarılması üçün yenidən açılıb.
Turkustan.az xəbər verir ki, rəsmilər əfqan qaçqınların ölkələrinə qayıtmaları üçün Torkham Sərhəd Qapısının yenidən açıldığını açıqlayıb və bu qapıdan aparılan ticarətin də yenidən başladığını qeyd ediblər.
Dawn qəzetinin məlumatına görə, Pakistan rəsmiləri sərhəd qapısındakı hadisələrlə bağlı açıqlama verib.
Əfqanıstanın Nanqarhar əyalətinin İnformasiya və Mədəniyyət Departamentinin rəhbəri Qureşi Badloon Torkham Sərhəd Qapısının qaçqınlar üçün yenidən açıldığını təsdiqləyib və geri qayıdan vətəndaşları salamladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az