Vahid Ələkbərovun sərvəti nə qədərdir? – Son məlumat


“Bloomberg” dünya üzrə milyarderlər indeksində Rusiyanın ən varlı iş adamlarının sərvətini açıqlayıb.

Turkustan.az globalinfo.az-a istinadla xəbər verir ki, siyahıda 20-yə yaxın rusiyalı iş adamının sərvətinin son zamanlarda ümumilikdə 22 milyard 458 min dollar artdığı bildirilir.

Məlumata görə, “Norilisk Nickel” şirkətinin hissədarlarından Vladimir Potaninin sərvəti 1.91 milyard artaraq 29, 8 milyarda çatıb. “Severstal”ın təsisçilərindən olan Aleksey Mordaşovun sərvəti də 4,84 milyard artaraq 28,1 milyarda çatıb.

Rusiyanın dünya üzrə hazırda ən varlı üçüncü iş adamı isə “Lukoil”in sahibi Azərbaycan əsilli Vahid Ələkbərovdur. Onun sərvəti 2025-ci ildə 141 milyon dollar artıb. Nəticədə hazırda sərvətinin ümumi dəyəri 25,5 milyard dollardır.


MANŞET XƏBƏRLƏRİ