Donald Tramp yeni təmir edilmiş vanna otağını paylaşdı


Hökumətin bir ay müddətinə bağlanması məsələsi Amerika ictimaiyyətinin gündəmini zəbt edərkən prezident Donald Trampın “Ağ Evdə təmir edilmiş vanna otağı” ilə bağlı paylaşımı ictimai müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə tamamilə yenilənmiş Linkoln hamamının görüntülərini Truth Social hesabında paylaşıb.

Tramp hamamın parlaq cilalanmış mərmərlə tamamilə yeniləndiyini və yeni görkəm aldığını bildirib.

Yüz minlərlə federal işçinin işsiz qalması və milyonlarla aztəminatlı ailənin hökumətin bir aydır bağlanması səbəbindən sosial yardım ala bilməməsi Trampın bu paylaşımı sosial mediada mübahisələrə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ