İsraildən “Tayfun” açıqlaması: Ankaranın güclənməsi...


Türkiyənin güclənməsi İsrail üçün yeni bir gedişat yaradıb. Düşünürəm ki, İsrail kəşfiyyat və döyüş təcrübəsi baxımından hələ də üstünlüyə malikdir. Ancaq indi İsrailin qarşısında yeni “Tayfun”ları, modernləşdirilmiş böyük bir F-16 donanması, tezliklə xidmətə girəcək 5-ci nəsil KAAN və inkişaf etməkdə olan PUA ekosistemi olan Türkiyə ilə qarşı-qarşıyadır.

Turkustan.az xəbər verir ki, bunu israilli hərbi ekspert Aharon Lapidot deyib.

Ekspert bildirib ki, Ankara regional strategiyalar baxımından düzgün addımlar atır:

“Türkiyə artıq ikinci dərəcəli təyyarələrlə deyil, birinci dərəcəli strateji qırıcılarla uçur. 9 milyard avro dəyərində “Tayfun” (Eurofighter) müqaviləsi, F-16 modernləşdirilməsi və KAAN-ın yüksəlişi ilə birgə Türkiyənin tarixi bir dönüş nöqtəsinə daxil olduğu aydındır. 2020-ci illərin sonuna qədər Türkiyə təkcə regional güc deyil, həm də qlobal hava məkanında həlledici aktor olacaq. Yəni səmalar yenidən türklərin əlindədir”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ