ABŞ prezidenti Donald Tramp həftə sonu Vaşinqtondan Floridaya gedərkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Tramp Amerika mediasında ABŞ ordusunun Venesueladakı hərbi obyektlərə hücum hazırlaması ilə bağlı xəbəri təsdiqləməyib . Venesuelaya hücum etməyi düşünüb-düşünmədiyini soruşduqda ABŞ prezidenti “Xeyr” cavabını verib. Tramp eyni müxbirin “Bununla bağlı qərar vermisiniz?” sualına da “Xeyr” cavabını verib.
Amerikanın “Miami Herald” qəzeti məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb ki, Amerika ordusu Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəlib və hücumlar “hər an baş verə bilər”.
ABŞ-ın nüvə silahı sınaqlarına yenidən başlayacağı ilə bağlı son açıqlamalarını gücləndirən qiymətləndirmələr də edən Tramp, "Çox yaxında öyrənəcəksiniz, amma bəzi sınaqlar edəcəyik" dedi. Nüvə sınaqları keçirmək istədiklərini ifadə edən ABŞ prezidenti, "Başqa ölkələr də bunu edir. Əgər onlar bunu edirlərsə, biz də edəcəyik. Bizim nə etdiyimizi və harada etdiyimizi dəqiq bilirəm. Başqa ölkələr bunu edir, başqa ölkələr bunu edirsə, biz də edəcəyik" dedi.
Aytən Yaşar/ Turkustan.az