ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Türkiyə ilə bağlı açəqıama verib.
Turkustan.az xəbər verir ki, Barak həmçinin ABŞ prezidenti Donald Trampın prezident Ərdoğana 4 dəfə təşəkkür etdiyini bildirib.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Türkiyə olmasaydı, Qəzzada atəşkəsin mümkün olmayacağını bildirib.
Barak Bəhreynin paytaxtı Manamada keçirilən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu forumunda çıxışında Qəzza və Türkiyə ilə bağlı qiymətləndirmələr edib.
Prezident Ərdoğan və Qətərin “möhtəşəm iş” etdiklərini ifadə edən Barak, “Türkiyənin xüsusilə HƏMAS ilə əlaqələri və onları terror təşkilatı kimi qələmə verməməsi atəşkəsə qədər getmələrini təmin etdi” dedi.
Aytən Yaşar/ Turkustan.az