Rusiya miqrantlarla bağlı BU ADDIMI ata bilər - RƏSMİ


Rusiya 2026-cı il üçün xarici işçilərin sayını artırmağı düşünür.

Turkustan.az bildirir ki, bu barədə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi məlumat verib. Nazirlik təklif edib ki, miqrant kvotası 20% yüksəldilərək 278,9 min nəfərə çatdırılsın.

Qeyd olunub ki, kvotanın 92%-i sənaye müəssisələri və digər infrastruktur işlərində çalışacaq ixtisaslı mütəxəssislərdir. Qalan 8%-i isə ağır iş şəraitində işləyən və ya heyvanlara qulluq edən işçilər üçün nəzərdə tutulub. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ