İngiltərədəki Imperial College London tərəfindən hazırlanmış yeni nəfəs testi nəfəsdə uçucu üzvi birləşmələrdən istifadə edərək mədəaltı vəzi xərçəngini aşkar edir.
Turkustan.az xəbər verir ki, bu test xəstəliyin erkən mərhələdəki dəyişikliklərini müəyyənləşdirə bilir və nəticələr üç gün ərzində əldə olunur.
Mədəaltı vəzi xərçəngi adətən gec mərhələdə aşkarlandığı üçün ölüm riski yüksəkdir, lakin erkən diaqnoz xəstənin yaşamaq şansını xeyli artırır.Sınaqlar uğurla nəticələnərsə, test bir neçə il ərzində ailə həkimliklərində tətbiq oluna bilər.
Hazırda Böyük Britaniyada hər il təxminən 10 min nəfər Mədəaltı vəzi xərçəngidən həyatını itirir. Xəstələrin təxminən 62 faizi xəstəliyin son mərhələsində diaqnoz alır.Mövcud qan analizləri isə bu xəstəliyin dəqiq müəyyən edilməsində kifayət qədər təsirli deyil. /Cebheinfo.az/