Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ


Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Mavrikidəki Azərbaycan əsill səfiri İradə Zeynalova ilə bağlı fərman imzalayıb.

Turkustan.az modern.az-a istinadla xəbər verir ki, həmin sənədə əsasən, İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

Putin Zeynalovanı 13 sentyabr 2024-cü ildə Rusiyanın Mavrikidəki səfiri təyin edib.

Daha sonra İ.Zeynalova jurnalistikadan təqaüdə çıxdığını elan edib.

İradə Zeynalova televiziya karyerasına 1997-ci ildə "Rossiya" televiziya kanalında "Vesti Nedeli" proqramı üçün reportajlar hazırlayaraq başlayıb. 2003-cü ildə Birinci Kanala keçib.

2012-ci ildən 2016-cı ilin iyul ayına qədər Zeynalova Birinci Kanalda "Sunday Time" verilişinə aparıcılıq edib. 2016-cı ilin payızında o, NTV-yə keçib və orada da xəbər proqramının aparıcısı olub.


MANŞET XƏBƏRLƏRİ