Dünən yayılan bu xəbər YALAN ÇIXDI


"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Turkustan.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.

***

Lerikdə hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Cənublu.az məlumat paylaşıb.

Bildirilib ki, rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayıb.


MANŞET XƏBƏRLƏRİ