Ağıllı eynəklərin qaranlıq tərəfi! Fransa həyəcan təbili çalır


Fransada ictimai yerlərdə insanların razılığı olmadan görüntülərinin çəkilməsi üçün ağıllı eynəklərdən istifadə ilə bağlı şikayətlər artıb.

Turkustan.az xəbər verir ki, Paris Dövlət Prokurorluğu qadınların gizli şəkildə çəkilməsi və görüntülərin sosial mediada paylaşılması ilə bağlı araşdırma başladıb.

Son dövrlərdə Parisdə qadınların ictimai yerlərdə ağıllı eynəklərlə xəbərsiz şəkildə lentə alınması ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

Ağıllı eynəklərin görüntü çəkməyə və onları internet platformalarına ötürməyə imkan verməsi məxfiliklə bağlı narahatlıqları artırıb. Prokurorluğun araşdırdığı hallarda qadınların gizli şəkildə lentə alındığı və çəkilişlərin sonradan sosial mediada yayımlandığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ