İran yıxılmayacaq - Pezeşkian


İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək ABŞ və İsraili İrana qarşı hücumlarda ittiham edib.

Turkustan.az xəbər verir ki, Pezeşkian İranın müharibə zamanı yalnız özünü müdafiə etdiyini və mülki şəxsləri hədəf almadığını bildirib. O, ölkəsinin “terrorçu” kimi təqdim edilməsinə etiraz edərək İranın beynəlxalq hüquqa hörmət etmək istədiyini deyib.

“Bəli, onlar bizə hücum etdilər, amma biz diz çökmədik. Biz mülki şəxsləri hədəf almadıq. Qeyri-sabitlik yaradanlar onlardır və onlar bizi terrorçu adlandırırlar”, – Pezeşkian bildirib.

İran Prezidenti ABŞ və İsraili soyqırım törətməkdə də ittiham edib. O, ABŞ-ın hücumları nəticəsində uşaqların öldüyünü deyərək İranın geri çəkilməyəcəyini vurğulayıb.

Pezeşkian bildirib ki, İran təhlükəsizliyini başqalarının təhlükəsizliyini təhdid etməklə təmin etmək niyyətində deyil. Bununla yanaşı, İran şəhərlərinə hücumların cavabsız qalacağını düşünməməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ