Ağ Evdə yenilik: “Trump TV” yayına başladı


ABŞ-da Ağ Evin bəzi televiziya kanallarının fəaliyyətinə məhdudiyyət qoymasından sonra yeni “Trump TV” yayım platforması istifadəyə verilib.

Turkustan.az xəbər verir ki, Ağ Ev tərəfindən yaradılan platforma YouTube üzərindən yayımlanır və günün 24 saatı fəaliyyət göstərəcək.

“Trump TV”nin kabel televiziya kanalı olmadığı, Ağ Ev tərəfindən idarə olunan rəqəmsal yayım platforması olduğu bildirilir. Platformada hazırda əsasən prezident Donald Trampın əvvəlki tədbirlərindən və çıxışlarından görüntülər yayımlanır.

Məlumata görə, platforma zərurət yarandıqda arxiv materiallarından da istifadə etməklə fasiləsiz yayım aparacaq.

“Trump TV” bu il iyulun 4-dən əvvəl Trampın Raşmor dağında etdiyi çıxışın yayımlanması ilə fəaliyyətə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ